Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİ
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Azərbaycan Respublikasında bitki
mühafizəsi və karantini, pestisidlərin, bioloji preparatların, digər bitki mühafizə vasitələrinin istifadəsi sahəsində Dövlət Nəzarətini
həyata keçirən icra hakimiyyəti orqanıdır. Dövlət Xidməti fitosanitar nəzarətinin təşkilinin və həyata keçirilməsinin hüquqi əsaslarını
müəyyən edir, bitki mühafizəsi və karantini sahəsində fəaliyyət göstərən subyektlər arasında münasibətləri tənzimləyir.
Bu veb səhifə Amerika Xalqı adından ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə tərtib olunub.
Veb səhifədə verilən məlumatlar ABŞ Hökumətinin rəsmi məlumatları sayılmır və heç bir halda nə USAİD-nin, nə də ki,
ABŞ Hökumətinin nöqteyi-nəzərini əks etdirmir.
30/10/2008
18 iyun 2008-ci il tarixində Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi və İran İslam Respublikasının Kənd Təsərrüfatı Cihadı
Nazirliyi arasında əməkdaşlığa dair Protokol imzalanmışdır. Protokola əsasən
fitosanitariya sahəsində əməkdaşlığa dair Sazişin müddəalarından irəli gələn
məsələlərin həyata keçirilməsi yolları müzakirə edilmişdir.
18 avqust 2008-ci il tarixində Rusiya
Federasiyasının Baytarlıq VƏ Fitosanitar nəzarət üztrə Federal Xidməti nin bir
qrup əməkdaşı “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası
Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Saziş
layihəsinin imzalanması ilə əlaqədar Azərbaycana səfər etmişlər. Məhsuldar
keçən görüş ərəfəsində hər iki tərəfi maraqlandıram məsələlər müzakirə olunmuş,
gələcək fəaliyyətin əlaqələndirilməsi yolları araşdırılmış və Saziş Hökumətlər
səviyyəsində imzalanmaq üçün hazırlanmışdır.
22-26 sentyabr2008-ci il tarixlərində Avstriyanın Vyana şəhərində Bitki Karantini və
Mühafizəsi üzrə Avropa və Aralıq dənizi Təşkilatının (EPPO) 58-ci sessiyasıkeçirilmişdir. Tədbirdə Dövlət Xidmətinin baş
məsləıhətçisi, beynəlxalq əlaqələndirici Dilzarə Ağayeva iştirak etmişdir.
23-26 sentyabr 2008-ci il tarixlərində ABŞ-ın Kənd
Təsərrüfatı Departamentinin vəABŞ-ın
Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ticarət və İnvestisiya İslahatlarına
Dəstək Proqramının (TIRSP) təşəbbüsü ilə “Bitki sağlamlığı üzrə sərhəd təftişi
təlimi” keçirilmişdir. Təlimdə digər qrumlarla yanaşı Dövlət Xidmətinin 20
əməkdaşının iştirakı təmin edilmişdir. İştirakçılar bitki sağlamlığının sərhəd
təftişləri üzrə Ümumdünya Ticarət Təşkilatı (ÜTT) tərəfindən tələb olunan
beynəlxalq standartlara və normalara dair zəruri biliklərə yiyələnmişlər.
2008-ci oktyabr ayında ABŞ-ın Beynəlxalq İnkişaf
Agentliyinin (USAID) maliyyə yardımı ilə “Karantin və xüsusi təhlükəli
orqanizmlər” kitabı işıq üzü görmüşdür. Kitabda kənd təsərrüfatı bitkilərinə
zərər verən karantin və xüsusi təhlükəli orqanizmlərin morfologiyası,
ekologiyası, yaşayış tərzi və onlara qarşı mübarizə tədbirləri şərh edilir.
Nəşr Kənd Təsərrüfatı Akademiyasının müvafiq fakultələrinin və universitetlərin
biologiya fakultələrinin tələbələri, bitki karantini və mühafizəsi üzrə
mütəxəssislər, aqronomlar, fermerlər və torpaq mülkiyyətçiləri üçün nəzərdə
tutulmuşdur.
3-6 noyabr 2008-ci il tarixlərində Bitki Karantini
və Mühafizəsi üzrə Avropa və Aralıq dənizi Təşkilatının (EPPO) Baş Direktoru cənab
Niko van Opstalın Azərbaycana səfəri gözlənilir. Səfər zamanı qonaq Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Naziri, cənab İsmət Abasovla görüşəcəkdir.
Səfərin məqsədi Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti
Xidmətinin fəaliyyəti ilə tanış olmaq və təşkilatın işində Azərbaycanın fəal
iştirakını təmin etmək yollarını müzakirə etməkdir.
2-4 dekabr 2008-ci il tarixlərində Birləşmiş
Millətlərin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşəbbüsü və Kənd
Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin dəstəyi
ilə Mərkəzi Asiya ölkələrinə yardım etmək üçün köhnəlmiş pestisidlərin
ehtiyyatı və pestisidlərin idarə olunması problemi üzrə regional seminar
keçiriləcəkdir.