Əlavə 4
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli fərmanı
ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar
Nəzarəti Xidməti haqqında
ƏSASNAMƏ
I. Ümumi müddəalar
1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti
Xidməti haqqında (bundan sonra Dövlət Xidməti) Azərbaycan Respublikası Prezidentinin «Aqrar bölmədə
idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında» 2004-cü il 23 oktyabr tarixli 467 nömrəli
Sərəncamına əsasən yaradılmışdır.
2. Dövlət Xidməti bitki mühafizəsi və karantini, pestisidlərin, bioloji preparatların, digər
bitki mühafizə vasitələrinin istifadəsi sahəsində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti
orqanıdır.
3. Dövlət Xidməti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
normativ hüquqi aktlarını, əmr və qərarlarını və bu Əsasnaməni rəhbər tutur.
4. Dövlət Xidməti bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyalarını bilavasitə və
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə, ictimai
təşkilatlarla və digər hüquqi şəxslərlə əlaqəli şəkildə həyata keçirir.
5. Dövlət Xidməti müstəqil balansı, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət
əmlakına, xəzinə və bank hesablarına, Azərbaycan Respbulikasının dövlət gerbinin təsviri, Azərbaycan
Respbulikası Kənd Təsərrüfatı Nazirliyinin və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və
blanklara malikdir.
6. Dövlət Xidmətinin saxlanılması xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti
hesabına maliyyələşdirilir.
7. Dövlət Xidməti Bakı şəhərində yerləşir.
II. Dövlət Xidmətinin əsas vəzifələri
8. Dövlət Xidmətinin əsas vəzifələri aşağıdakılardır:
8.1. qanunvericiliyə müvafiq olaraq bitki mühafizəsi və karantin sahəsində dövlət nəzarətini
həyata keçirmək, bu sahədə qanunvericiliyin pozulması hallarının aradan qaldırılmasına yönəldilmiş
tədbirlər görmək;
8.2. bitkiçilikdə pestisidlərin, bioloji və başqa preparatların tətbiqi qaydalarını müəyyən
etmək, bitki mühafizəsi üzrə normativ sənədlərin layihələrini hazırlamaq;
8.3. torpaq mülkiyyətçiləri və torpaq istifadəçiləri tərəfindən kimyəvi, aqrotexniki, bioloji,
təşkilatı və digər tədbirlərin aparılmasına, bitki mühafizə vasitələrinin istifadəsi reqlamentinə
riayət olunmasına nəzarəti həyata keçirmək;
8.4. karantin obyekti mənbələrini vaxtında aşkar etmək, onların təcrid edilməsi və ləğvi üçün
tədbirlər görmək;
8.5. Azərbaycan Respublikasının ərazisinə karantin obyekti olan bitki zərərvericilərinin,
xəstəlik törədicilərinin və alaq bitkilərinin daxil olmasına nəzarət etmək;
8.6. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
III. Dövlət Xidmətinin əsas funksiyaları
9. Dövlət Xidməti qanunvericiliklə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı
funksiyaları həyata keçirir:
9.1. Azərbaycan Respublikasının ərazisində karantin obyekti olan bitki zərərvericilərinin,
xəstəlik törədicilərinin və alaq otlarının geniş yayılmasının qarşısını almaq, onların mənbələrini
ləğv etmək üçün karantin və qanunvericiliklə müəyyən edilmiş digər məhdudiyyətlərin qoyulması barədə
müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır;
9.2. karantin obyektlərinin siyahısını hazırlayır, müəyyənləşdirilmiş ərazidə fitosanitar
karantin rejimini tətbiq edir, karantinin qoyulması və götürülməsi barədə təkliflər verir;
9.3. Azərbaycan Respublikasının ərazisində bitkilərin ziyanverici və xəstəliklər, habelə alaq
otları ilə sirayətlənmə dərəcəsini, onların əmələgəlmə səbəblərini müəyyənləşdirmək məqsədilə
müşahidələr aparır;
9.4. qanunvericiliyə müvafiq olaraq pestisidlərin və digər preparatların idxalına və ixracına öz
səlahiyyətləri daxilində nəzarət edir;
9.5. karantin nəzarətində olan yüklərin idxalı və ixracı zamanı aşkar olunmuş karantin
orqanizmlərinin zərərsizləşdirilməsi (fumiqasiya) tədbirləri görür;
9.6. karantin nəzarətində olan bitki və bitki mənşəli məhsulların, meşə və dekarativ (bəzək)
bitkilərin toxumlarının, əkin materiallarının, bitkilərin və onların hissələrinin (çilik, ting,
soğanaq, kök yumruları, meyvələr və s.), karantin obyektlərini yaya bilən digər bitki mənşəli
məhsulların ölkəyə gətirilməsinə və ölkədən çıxarılmasına, yaxud Azərbaycan Respublikasının
ərazisindən tranzit daşınmasına idxal karantin icazəsi və fitosanitar sertifkatı verir.
9.7. qanunvericiliklə müəyyən edilmiş qaydada dəniz, çay limanları ərazilərində, hava
limanlarında, dəmir yol stansiyalarında, poçtamptlarda elevatorlarda, anbarlarda, gəmilərdə,
sərnişin qatarlarında, mülki təyyarələrdə, kənd təsərrüfatı bitkilərinin əkin sahələrində,
təcrübə, elmi-tədqiqat, sort-sınaq sahələrində, təsərrüfatlarda, həyətyanı sahələrdə, tingliklərdə,
üzümlüklərdə, dağlarda, çoxillik əkmələrdə, otlaqlarda, meşə qoruqlarında, ticarət, emal
müəssisələrində və digər bitki karantin obyektlərində karantin yoxlanışlar aparır;
9.8. ölkəyə gətirilən və ölkədən aparılan karantin nəzarətində olan məhsulların, o cümlədən
baqajlarda, poçt bağlamalarında və sərnişinlərin əl yüklərində gətirilən bitki mənşəli məhsulların,
habelə nəqliyyat vasitələrinin karantin yoxlanışını və laboratoriya ekspertizasını aparır;
9.9. pestisidlərin və bioloji vasitələrin istehsalına, saxlanmasına, satıışına və tətbiqinə,
eləcə də zərərli kimyəvi maddələrin bütün növ bitkiçilik məhsullarında, yemlərdə, yem
əlavələrində və torpaqda qalıq miqdarına dövlət nəzarətini həyata keçirir;
9.10. bitki mühafizəsi sahəsində, habelə pestisidlərin, bioloji preparatların və digər bitki
mühafizə vasitələrinin toksikoloji təsiri, ətraf mühitin çirklənməsi, keyfiyyətlərini itirmiş və
istifadəsi qadağan olunmuş kimyəvi maddələrin zərərsizləşdirilməsi məsələlərində aidiyyatı dövlət
strukturları ilə birgə fəaliyyət göstərir;
9.11. Karantin zonasından Dövlət Xidmətinin icazəsi olmadan çıxarılmış karantin nəzarətində
olan yüklərin geri qaytarılmasını, zərərsizləşdirilməsini və qanunvericiliklə müəyyən edilmiş
qaydada məhv edilməsini həyata keçirir;
9.12. pestisidlərin, aqrokimyəvi maddələrin, bioloji və digər preparatların dövlət sınağının,
qeydiyyatının aparılmasında və istifadəsinə icazə verilmiş preparatların siyahısının
hazırlanmasında iştirak edir;
9.13. bitki mühafizəsi haqqında təlimat və tövsiyələrin, pestisidlərin, bioloji və digər bitki
mühafizə vasitələrinin saxlanılması, daşınması və istifadəsi texnologiyasının və
reqlamentlərinin pozulması barədə akt və təqdimatları təqsirli şəxlərin Azərbaycan
Resrublikasının qanunevriciliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün
səlahiyyətili dövlət orqanlarına göndərir;
9.14. Dövlət Xidmətinin fəaliyyəti üzrə ayrılmış büdcə vəsaitinin məqsədli istifadəsi üçün
müvafiq proqramlar və xərc smetaları tərtib edir və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyinə təqdim edir;
9.15. büdcə vəsaitinin istifadəsi barədə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyinə hesabat verir;
9.16. işçilərinin peşəkar hazırlığının və ixtisaslarının artırılması ilə bağlı zəruri
tədbirlər həyata keçirir;
9.17. Azərbaycan Respublikasının ərazisində kənd təsərrüfatında dövlət karantin və bitki
mühafizə tədbirlərinin elmi-praktiki əsaslarla həyata keçirilməsini təmin edir;
9.18. səlahiyyətləri daxilində xarici ölkələrin müvafiq qurumları və beynəlxalq təşkilatlarla
müəyyən olunmuş qaydada qarşılıqlı əlaqələr qurur;
9.19. qanunvericiliyə müvafiq olaraq xidmətin fəaliyyət dövründə yaranmış arxiv sənədlərinin
komplektləşdirilməsini, saxlanmasını, üçotunu və istifadəsini təşkil edir;
9.20. qanunvericiliklə nəzərdə tutulmuş digər funksiayaları həyata keçirir.
IV. Dövlət Xidmətinin hüquqları
10. Dövlət Xidməti bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək və funksiyaları
həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
10.1. qanunvericiliklə müəyyən olunmuş hallarda və qaydada müvafiq fəaliyyət sahələrində
ekspertiza, tədqiqat, qiymətləndirmə işlərinin aparılmasını, nümunələrin götürülməsini, baxış və
nəzarət altında olan materialların və obyektlərin yoxlanılmasını həyata keçirmək;
10.2. fitosanitar fəaliyyəti sahəsində qanunvericiliyin pozulmasının qarşısını almaq məqsədilə
hüquqi və fiziki şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhdudiyyət, xəbərdarlıq və
digər profilaktik tədbirlər tətbiq etmək;
10.3. sanitariya, gigiyena qaydalarına və təhlükəsizlik texnikasına uyğun olmayan anbarlarda və
satış yerlərində bitki mühafizə vasitələrinin saxlanılmasını və satışını qadağan etmək;
10.4. mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəssisələrin, təşkilatların və
təsərrüfatların torpaqlarında, kənd təsərrüfatı məhsulları, toxum və əkin materialları saxlanılan
anbarlarda, həyətyanı sahələrdə, fərdi və kollektiv bağ və bostan sahələrində fitosanitar vəziyyəti
qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq;
10.5. mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq müəssisələrdən, təşkilatlardan,
torpaq mülkiyyətçilərindən və istifadəçilərindən əkin sahələri və çoxillik əkmələrin, meşələrin,
otlaqların və biçənəklərin toxum və əkin materiallarının fitosanitar vəziyyəti, habelə
ziyanverici, xəstəlik və alaq otlarına qarşı aparılan mübarizə tədbirləri haqqında lazımi
məlumatların verilməsini tələb etmək;
10.6. gömrükxanaların, dəmir yol stansiyalarının, avtovağzalların, hava, dəniz və çay
limanlarının poçtamptların müdiriyyətindən qanunvericiliklə müəyyən edilmiş qaydada karantin
tətbiq edilən yüklər barədə məlumat tələb etmək və həmin yüklərin sənədləri ilə tanış olmaq;
10.7. qanunvericiliyə uyğun olaraq dövlət sınağından keçməmiş, qeydə alınmamış, habelə
istifadəsi qadağan olunmuş pestisidlərin və digər bitki mühafizə preparatlarının istehsalının,
satışının və ölkəyə gətirilməsinin qarşısının alınması üçün qanunvericiliklə müəyyən edilmiş
tədbirlər görmək;
10.8. bitki mühafizəsi və karantini sahəsində qanunvericiliyin pozulmasına görə vəzifəli
şəxslərin, hüquqi və fiziki şəxslərin məsuliyyətə cəlb olunması üçün qanunvericiliklə müəyyən
edilmiş qaydada müvafiq tədbirlər görmək;
10.9. Dövlət Xidmətinin fəaliyyəti üzrə ayrılan məqsədli budcə vəsaitinə sərəncam vermək;
10.10. qanunvericiliklə nəzərdə tutulan digər hüquqları həyata keçirmək.
V. Dövlət Xidmətinin fəaliyyfətinin təşkili
11. Dövlət Xidmətinə Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin təqdimatı ilə
Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən
rəis rəhbərlik edir.
12. Rəis Dövlət Xidmətinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə şəxsən məsuliyyət
daşıyır.
13. Dövlət Xidməti rəisinin təqdimatına əsasən, Azərbaycan Respublikasının kənd təsərrüfatı
naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən iki müavini vardır.
14. Dövlət Xidmətinin rəisi:
14.1. Dövlət Xidmətinin işini təşkil edir və ona rəhbərlik edir;
14.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırmaqla Dövlət Xidməti aparatının ştat
cədvəlini və tabeliyində olan müəssisə və təşkilatların xərc smetalarını təsdiq edir;
14.3. Dövlət Xidmətinə daxil olmuş təkliflərə, vətəndaşların ərizə və şikayətlərinə müvafiq
qaydada baxır;
14.4. Dövlət Xidməti aparatının işçilərini və səlahiyyətləri daxilində tabeliyində olan müəssisə
və təşkilatların rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir, barələrində
qanunvericiliklə müəyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;
14.5. səlahiyyətləri daxilində müvafiq vəzifələrin yerinə yetirilməsi üçün Dövlət Xidmətinə
ayrılmış məqsədli büdcə vəsaitinin təyinati üzrə istifadəsi proqramlarını və xərclər smetalarını
təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edir;
14.6. səlahiyyətləri daxilində müvafiq vəzifələrin yerinə yetirilməsi üçün Dövlət Xidmətinə
ayrılmış vəsaitin xərclənməsinə dair hesabatları Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyinə təqdim edir;
14.7. tabeliyində olan təşkilatlarda mühasibat üçotu və hesabatı işlərinin düzgün aparılmasına
nəzarət edir;
14.8. tabeliyində olan təşkilatlara səlahiyyətləri daxilində icrası məcburi olan əmrlər və
göstərişlər verir;
14.9. Dövlət Xidmətini bütün dövlət və ictimai təşkilatlarda, idarə və müəssisələrdə,
məhkəmələrdə vəkalətnaməsiz təmsil edir.
15. Fitosanitar nəzarəti sahəsində aparılan elmi tədqiqatların istiqamətləri üzrə məsələlərə
baxılmaq və təkliflər hazırlamaq, müasir elmi nailiyyətlərin tətbiqi üzrə tövsiyələr hazırlamaq
məqsədilə Dövlət Xidmətində tərkibi alim və mütəxəssislərdən ibarət Elmi-Texniki Şura yaradılır.
16. Dövlət Xidməti işçilərinin müəyyən edilmiş qaydada fərqləndirici nişanı olan geyim forması
və xüsusi vəsiqələri vardır.
|