Xəbər
Avropa və Aralıq Dənizi ölkələri Bitki Karantini və Mühafizəsi Təşkilatı
2006- cı ilin 9-13 oktyabr tarixlərində MDB üzvü olan ölkələrin bitki karantini üzrə Koordinasiya Şurasının 13-cü konfransı, Avropa və Aralıq Dənizi ölkələri Bitki Karantini və Mühafizəsi Təşkilatının Şərqi Avropa və rusdilli ölkələr üçün seminarı Bakı şəhərində keçirilmişdir
2006- cı ilin 9-13 oktyabr tarixlərində MDB üzvü olan ölkələrin bitki karantini üzrə Koordinasiya Şurasının 13-cü konfransı, Avropa və Aralıq Dənizi ölkələri Bitki Karantini və Mühafizəsi Təşkilatının Şərqi Avropa və rusdilli ölkələr üçün seminarı Bakı şəhərində keçirilmişdir
MDB üzvü olan ölkələrin bitki karantini üzrə
Koordinasiya Şurasının 13-cü konfransının,
Avropa və Aralıq Dənizi ölkələri
Bitki Karantini və Mühafizəsi Təşkilatının
Bakı seminarının iştirakçılarına
Hörmətli xanımlar və cənablar!
Sizi - Müstəqil Dövlətlər Birliyinin üzvü olan bitki karantini üzrə Koordinasiya Şurasının 13-cü konfransının, Avropa və Aralıq Dənizi ölkələri Bitki Karantini və Mühafizəsi Təşkilatının Bakı şəhərində keçirilən seminarının iştirakçılarını salamlayıram, konfransın işinə uğurlar arzulayıram.
Respublikamızda fitosanitariyanın inkişafında beynəlxalq təşkilatların, o cümlədən FAO-nun, Avropa və Aralıq Dənizi Ölkələri Bitki Karantini və Mühafizəsi Təşkilatının dəstəyi olmuşdur.
Azərbaycan Respublikası 1951-ci ildə Romada qəbul edilmiş Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasına, eləcə də MDB iştirakçısı olan dövlətlərin Hökümət Başçıları Şurasının 1992-ci ildə Moskva şəhərində keçirilmiş iclasında imzalanmış “Bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişə 1998-ci ildən qoşulmuşdur.
Azərbaycan höküməti bitki mühafizəsi və karantini sahəsində İran İslam Respublikası, Moldova, Özbəkistan, Rumıniya və Ukrayna ilə sazişlər imzalamışdır.
Beynəlxalq təşkilatların texniki maliyyə yardımı ilə Azərbaycanda fitosanitariya sahəsində bir sıra layihələr həyata keçirilmiş, qanunvericilik bazası yaradılmış, beynəlxalq standartlara uyğun müasir avadanlıq alınmışdır.
Əminəm ki, bu konfrans bitki mühafizəsi və karantini sahəsində ənənəvi münasibətlərininkişaf etdirilməsinə, idxal-ixrac əməliyyatlarının genişləndirilməsinə, elmi-texniki təcrübənin mübadiləsinə öz töhvəsini verəcəkdir.
Hörmətli konfrans iştirakçıları!
Xoş məramlı fəaliyyətinizdə Sizə yeni nailiyyətlər, hər birinizə can sağlığı və səadət arzu edirəm.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 9 oktyabr 2006-cı il.
2011- ci ilin 21-24 iyun tarixlərində Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının fitosanitar qaydaları üzrə işçi qrupunun 49-cu iclası Bakı şəhərində keçirilmişdir. Konfransda 21 dövlətdən (Almaniya, İngiltərə, Fransa, Avstriya, Belçika, İsveçrə, Rusiya, Qazaxıstan, Özbəkistan, Ukrayna və sair) 31 nümayəndə, o cümlədən təşkilatın baş direktoru Arnitis Rinhilds, Avropa Komissiyasının nümayəndəsi Arij Harri və 3 nəfər beynəlxalq ekspert iştirak etmişdir.Konfransın işində həmçinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Meliorasiya və Su Təsərrüfatı ASC-nin məsul işçiləri, həmçinin geniş tərkibdə media nümayəndələri iştirak etmişlər.
Konfransda bitki mühafizəsi və karantini sahəsində qəbul edilmiş standartlar, EPPO-ya üzv olan ölkələrdə karantin zərərli orqanizmlərin siyahısının təkmilləşdirilməsi, əkin və səpin materiallarının risk analizlərinin aparılması, fövqaladə halların aradan qaldırılması, lokallaşdırılması və planlaşdırılması, meşə təsərrüfatında fitosanitar standartların tətbiqi, bitki mühafizəsi və karantini sahəsində hazırlanan yeni standartlar və digər aktual məsələlər müzakirə edilmişdir.
2011-ci ilin 07-09 sentyabr tarixlərində Qəbələ şəhərində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin təşkilatçılığı ilə 11-ci BEYNƏLXALQ HCH VƏ PESTİSİD FORUMU keçirilmişdir.
11-ci Beynəlxalq HCH və Pestisidlər Forumunun məqsədi Şərgi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrində, həmçinin dünyanın bir çox digər ölkələrində köhnəlmiş pestisid qalıqlarının miqdarı ilə bağlı problemlərin təqdimatı və müzakirəsi, 9-cu Forumda müvəffəqiyyətlə başlamış və 10-cu Forumda davam etdirilmiş onların hal-hazırkı miqdarı, inventarlaşdırılma və zərərsizləşdirilmə məsələsinin həllindən ibarət olmuşdur. Bu Forum DÜÇ üzrə Stokholm Konvensiyası və digər əlaqəli beynəlxalq sazişlər, göstərişlər çərçivəsində həyata keçirilmiş, xüsusi diqqət Sovet dövründə pestisidlərin uzun müddətli istehsal və tətbiq olunduğu Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda köhnəlmiş pestisid qalıqları ilə bağlı problemlərin həllinə yönəlmişdr. Digər altı yeni DÜÇ ilə birlikdə α-HCH, β-HCH və Lindan (γ-HCH) da DÜÇ kimi Stokholm Konvensiyasına daxil edilmişdir.
2011-ci ilin 7-18 noyabr tarixlərində Gəncə şəhərində, Samux, Şəmkir və Ağstafa rayonlarında Beynəlxalq Pestisidlər Assosiyasının (İHPA), Beynəlxalq Yaşıllar Təşkilatının, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), “Melleukontakt İnternational”, Qlobal Ətraf Mühitə Kömək-Agentliyinin (GEF) təşkilatçılığı və maliyyə dəstəyi ilə “Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya (EECCA) ölkələrində köhnəlmiş və DÜÇ (POPs) əsaslı pestisidlər üzrə imkanların artırılması” layihəsi çərçivəsində köhnəlmiş pestisidlərin yenidən qablaşdırılmasına dair seminar-treninq keçirilmişdir. Seminar-treninqə Ruminiya, Moldova, Belarus, Gürcüstan və Azərbaycan Respublikalarının bu sahədə çalışan mütəxəssisləri dəvət olunmuş, tədbirdə FAO-nun ekspertləri Rassel Cobban və Xatuna Akhalaya məsləhətçi qismində iştirak etmişlər.