Haqqımızda
AZƏRBAYCAN RESPUBLİKASININ
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
YANINDA
DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİ
2004 -2011
SLAYD

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti
Hələ çar Rusiyası dövründə Azərbaycanda həyata keçirilən karantin tədbirləri yalnız fillokseraya, pambıq güvəsinə və Kolorado kartof böcəyinə qarşı yönəldilmiş mübarizədən ibarət olmuşdur. Karantin xidməti mövcud olmadığı üçün bu tədbirlər də kənd təsərrüfatı bitkilərinin zərərverici və xəstəliklərinin qarşısını ala bilmirdi.
Azərbaycan Xalq Demokratik Respublikasının 1919-cu ildə 34-cü sessiyasında Daxili İşlər Nazirliyinin tabeliyində olan bitki zərərvericilərinə qarşı mübarizə strukturu (entomoloji büro) Əkinçilik Nazirliyinə tabe edildi.
SSRİ yaradıldıqdan sonra 1931-ci ildə Xalq Torpaq Komissarlığı yanında Vahid Dövlət Karantin Xidməti təşkil edilmiş, sonra ölkəmizdə də Nazirlər Kabineti yanında Bitki Karantin müfəttişliyi yaradılmış, 2000-ci ildən isə Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Karantini şöbəsi kimi fəaliyyətini davam etdirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli Sərəncamına əsasən Kənd Təsərrüfatı Nazitliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli Fərmanı ilə Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edilmişdir. Qanunvericilik sahəsində bir sıra normativ hüquqi aktlar qəbul edilmişdir.
Belə ki, 12 may 2006-cı il tarixdə “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və Azərbaycan Respublikası Prezidentinin 02 avqust 2006-cı il tarixli Fərmanı ilə tətbiq edilir.
Fərmanın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 dekabr 2006-cı il tarixli, 29 dekabr 2006-cı il tarixli, 22 yanvar 2007-ci il tarixli, 25 yanvar 2007-ci il tarixli, 13 fevral 2007-ci il tarixli, 28 yanvar 2009-cu il tarixli Qərarları ilə fitosanitar nəzarəti sahəsində qaydalar təsdiq edilmişdir.
24 aprel 2007-ci il “Beynəlxalq poçt göndərişlərində göndərilən və fitosanitar karantin nəzarətinə cəlb olunan mallara karantin nəzarətinin həyata keçirilməsi” qaydası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə razılaşdırılaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş və Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına götürülərək şəhadətnamə alınmışdır.
Dövlət Xidməti işçilərinin müəyyən edilmiş qaydada fərqləndiriçi nişanı olan geyim forması və xüsusi vəsiqələri vardır.
Xidmətdə 517 nəfər əməkdaş çalışır.
Xidmətin strukturu:
- Mərkəzi aparat (5sektor)
- Respublika Bitkilərin Karantini Ekspertizası laboratoriyası
- Respublika Nəzarət-Toksikologiya laboratoriyası
- Respublika Bitki Mühafizə Mərkəzi
- Cəngi Pestisid Poliqonu
- Rayon və rayonlararası bitkilərin karantini məntəqələri (16)
- Rayonlararası bioloji laboratoriyalar (5)
- Rayon bitki mühafizə mərkəzləri (57)
Beynəlxalq təşkilatlara üzvlük
Azərbaycan Respublikasının 14 mart 2000-ci il tarixli Qanunu ilə ölkəmiz “Bitki Mühafizəsi haqqında” Beynəlxaq Konvensiyaya qoşulmuşdur. 1992-ji ilin may ayından MDB üzvü olan ölkələrin bitki karantini üzrə Koordinasiya Şurasının üzvüdür.
Azərbaycan Respublikasının 01 fevral 2007-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası “Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq dənizi Təşkilatının yaradılması haqqında” Konvensiyaya qoşulmuşdur. 2010-cu ilin 21-22 sentyabr tarixlərində Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq dənizi Təşkilatı Şurasının Parisdə keçirilmiş iclasında Azərbaycan 51 dövlət arasında yekdil səslə 3 il müddətinə təşkilatın İcraiyyə Komitəsinə üzv seçilmişdir.
Beynəlxalq təşkilatlara əməkdaşlıq
Beynəlxalq təşkilatların, o cümlədən Türkiyə İqtisadi Əməkdaşlıq Agentliyinin (TİKA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Bitki Mühafizəsi və Karantini üzrə Avropa və Aralıq dənizi Təşkilatının (EPPO), Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ), Ümumdünya Ticarət Təşkilatı (ÜTT) katibliyinin, Biki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın (İPPC) Fitosanitar Tədbirlər Komissiyasının plenar iclaslarında Dövlət Xidmətinin əməkdaşları təmsil olunmuşlar. Azərbaycan Respublikasının “Fitosanitar nəzarəti haqqında” Qanununun, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Sanitar və Fitosanitar Tədbirlərin tətbiqi üzrə Sazişinin (SFS) tələblərinə, Avropa İttifaqının qanunverijiliyinə uyğunlaşdırılması prosesi davam etdirilir.
Avropa İttifaqının Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində
fitosanitariya sahəsində Tvinninq layihələrində Dövlət Xidməti iştirak edir.
Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən “Uyğunsuzluq Barədə Notifikasiya (Bildiriş) və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi haqqında təlimat”, “Beynəlxalq ticarətdə oduncaq qablaşdırma materiallarının tənzimlənməsi haqqında təlimat” və “Fitosanitar təhlükə törədə bilən bitkiçilik məhsulları, digər karantin nəzarətində olan materiallar və ya zərərli orqanizmlər haqqında Azərbaycan Respublikasının Notifikasiyası (bildiriş)» hazırlanmış və Dövlət Xidməti tərəfindən təsdiq edilmişdir.
2006-cı ildə Bakıda Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq dənizi Təşkilatı tərəfindən Şərqi Avropa və rus dilli ölkələr üçün 13-jü konfrans-seminar keçirilmişdir.
2008-ci ildə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İran İslam Respublikasının Kənd Təsərrüfatı Cihadi Nazirliyi arasında əməkdaşlığa dair Protokol imzalanmışdır. Protokolda bitki mühafizəsi və karantini sahəsində də əməkdaşlığın daha da inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.
2008-ci ildə Bakı şəhərində Orta Asiya, Azərbaycan və Türkiyə Respublikalarının nümayəndələrinin iştirakı ilə «Köhnəlmiş pestisidlərin ehtiyatı və idarə olunması» problemi üzrə regional” seminar keçirilmişdir.
İnformasiya mübadiləsi
2008-ci ildə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə yardımı ilə Xidmətin veb səhifəsi (http://www.azerinppo.az) açılmışdır.
2008-2009-ci illərdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyası (İPPC) qarşısında öhdəliyə müvafiq olaraq Konvensiyanın veb səhifəsinə (http://www.ippc.int) Azərbaycan Respublikasının Milli Bitki Mühafizə Təşkilatı barədə informasiya daxil edilmişdir.
2007-ji ildən «Bitki karantini və mühafizəsi» elmi praktiki curnal təsis edilmişdir.
Layihələr
2003-2005-ci illərdə FAO-nun maliyyə dəstəyi ilə “Fəaliyyət vasitələri və kompüterləşdirilmiş bitki karantininin idarəçiliyi sistemi” və “Müasir fitosanitariya tədbirləri və prosedurları” adlı layihələr (TCP/AZE/2801, TCP/AZE/2901) yerinə yetirilmişdir.
2004-cü ildə Türkiyə Beynəlxalq Əməkdaşlıq və İnkişaf Agentliyi tərəfindən (TİKA) karantin ekspertizası laboratoriyasının maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində texniki yardım göstərilmiş,fumiqasiyanın təşkili və bitki karantini sahəsində müfəttişlər üçün treninq təşkil edilmiş və iştirakçılara müvafiq sertifikatlar verilmişdir.
2008-ci ildə ‘‘Azərbaycanda bitki mühafizəsinin vəziyyətinin statusu haqqında‘‘qısa müddətli layihə həyata keçirilmişdir.
2008-ci ildə USAİD-in qısa müddətli layihələri çərçivəsində “Fitosanitariya terminlərinin izahlı lüğəti”, “Karantin və xüsusi təhlükəli orqanizmlər”, “Vaxtı keçmiş, istifadəsi və tətbiqi qadağan edilmiş pestisidlərin inventarlaşdırılması, identifikasiyası, toplanması və saxlanmasına dair texniki təlimat” nəşr edilmişdir.
2009-cu ilin dekabr ayında Bakı şəhərində Dünya Bankının, Niderlandın “TauW bv”, “Milleukontakt İnternational” şirkətinin, Danimarkanın “COWİ” və Beynəlxalq Pestisidlər Assosiasiyasının təşkilatçılığı ilə “Azərbaycanda Davamlı Üzvi Çirkləndiricilərin (DÜÇ) ləğv edilməsi üçün layihənin hazırlanması, Hazırlıq və Xəzər regionunda əlaqələndirmə” üzrə reqional seminar və treninqlər keçirilmişdir.
FAO və İCARDA-nın təşkilatçılığı ilə buğdanın gövdə pas xəstəliyinin- “Uqanda 99” rasının yayılma ehtimalını dəqiqləşdirmək məqsədilə 23-26 noyabr 2009-cu il tarixlərində Bakıda beynəlxalq seminar keçirilmişdir.
FAO ilə uğurlu əməkdaşlıq əsasında “Qafqazda və Mərkəzi Asiya ölkələrində miqrasiya edən və digər növ çəyirtkəkimilərin idarə edilməsinin yaxşılaşdırılması” layihəsi davam etdirilir.
FAO-nun dəstəyi ilə hazırlanmış “Mərkəzi Asiya və Türkiyədə pestisidlərin və zərərvericilərin idarə edilməsinə təşəbbüs” layihəsinə baxılması davam etdirilir.
Eyni zamanda 2011-ci ildə 11-ci Beynəlxalq Pestisid Forumunun Azərbaycanda keçirilməsi nəzərdə tutulmuşdur.
Fitosanitariya sahəsində 8 ölkə ilə ikitərəfli sazişlər imzalanmış, o cümlədən 28 ölkə ilə Saziş layihələri hazırlanaraq müqabil tərəflərə təqdim edilmişdir.
Dövlət Xidməti tərəfindən verilən rəsmi sənədlər
1.İdxal karantin icazəsi
2.Fitosanitar sertifikat
3.Təkrar-ixracat fitosanitar sertifikatı
4.Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin
qeydiyyat şəhadətnaməsi
5. Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin idxalına rəy
6.Karantin ekspertizasının şəhadətnaməsi
7.Fumiqasiya aktı
8.Toksikoloji rəy
9.İcrası məcburi olan qərarlar (5)
10.Fitosanitar tədbirləri əks etdirən digər sənədlər
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən göstərilən pullu xidmətlərin tarifləri Tarif (Qiymət) Şurasının 26 iyul 2007-ci il tarixli və Respublika Nəzarət-Toksikologiya laboratoriyasında göstərilən pullu xidmətlərin tarifləri 29 iyun 2006-cı il tarixli qərarları ilə təsdiq edilmişdir.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli Fərmanına əsasən qeydiyyat şəhadətnamələri, idxal karantin icazəsi və fitosanitar sertifikat sənədlərinin tarifləri dövlət rüsumu tutulmalı olan hərəkətlərə aid edilmişdir.
Xidmətin fəaliyyət istiqamətləri: Şuralar
Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Xidməti haqqında Əsasnaməyə uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin 28 iyun 2006-cı il tarixli əmri ilə Xidmətdə Elmi-Texniki Şura yaradılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydaları”na əsasən Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar və Səhiyyə Nazirliklərinin iştirakı ilə Kənd Təsərrüfatı Nazirliyinin 14 iyun 2007-ci il tarixli əmrinə əsasən pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağı üzrə Ekspert Şurası yaradılmışdır.
Bitki mühafizəsində Xidmətin rolu
Kənd təsərrüfatının ardıcıl olaraq inkişaf etdirilməsi, bütün sahələrdə məhsuldarlığın yüksəldilməsi, istehsal olunan məhsulun keyfiyyətinin yaxşılaşdırılması və əhalinin ərzaq məhsullarına artan tələbatının ödənilməsi kənd təsərrüfatı istehsalçıları qarşısında duran ən mühüm vəzifələrdən biridir.
Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında ən mühüm amillərdən biri zərərli orqanizmlərə qarşı səmərəli mübarizə tədbirlərinin aparılmasıdır. Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərdən, alaq otlarından mühafizəsi üçün aqrotexniki, fiziki-mexaniki, bioloji və karantin tədbirlərinin ardıcıl, məqsədyönlü aparılması vacibdir. Eyni zamanda düzgün təşkil edilmiş mübarizə tədbirləri zərərverici və xəstəliklərin, alaq otlarının kütləvi surətdə artmasının və külli miqdarda məhsul itkisinin qarşısını alır.
Karantin və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı aparılan kompleks mübarizə tədbirləri içərisində karantin tədbirləri olduqja vacib əhəmiyyət kəsb edir. Belə ki, Azərbayjanda xüsusi təhlükəli zərərvericilərdən hesab edilən çəyirtkəkimilərin respublikamızın bitki örtüyünə vurduğu zərərin qarşısınının alınmasına XX əsrin əvvələrində başlanılmışdır.
Karantin zərərli orqanizmlərindən filloksera 1925-ci ildən, sitrus ağqanadlısı 1966-cı ildən, Kolorado kartof böcəyi 1970-ci ildən, Amerika ağ kəpənəyi 1984-cü ildən Respublikamızın müxtəlif bölgələrində məhdud dairədə yayılmağa başlamışdır. Uzun illər ölkə ərazisində bitki örtüyünə ziyan vuran karantin və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı həyata keçirilmiş tədbirlər nəticəsində ölkə ərazisində qeyd edilən zərərli orqanizmlərin mənbələri vaxtında təcrid və ya ləğv edilmiş, onların kütləvi şəkildə yayılmasının qarşısı alınmışdır.
Ölkə ərazisində hər il orta hesabla siçanabənzər gəmiricilərə qarşı 150000 hektar sahədə, çəyirtkəkimilərə qarşı 50000 ha sahədə, Amerika ağ kəpənəyinə qarşı 3000 ha sahədə, taxıl hafına qarşı 3000 ha sahədə, Kolorado kartof böcəyinə qarşı 3000 ha sahədə mübarizə tədbirləri aparılır.
Bitki və bitkiçilik məhsullarının idxalına və ixracına nəzarəti gücləndirmək məqsədilə hər il min tonlarala bitki və bitkiçilik məhsullarına fitosanitar karantin baxışı keçirilərək karantin zərərli orqanizmlərin ölkə ərazisinə daxil olmasının qarşısını almaq üçün müvafiq tədbirlər görülür.
Dövlət ehtiyatında saxlanılan taxıl anbarlarında və digər fiziki və hüquqi şəxslərə məxsus olan anbarlarda mütəmadi olaraq fumiqasiya və zərərsizləşdirmə tədbirləri həyata keçirilir.
Dövlət Xidmətinin və tabeliyindəki yerli qurumların maddi-texniki bazaları son illərdə xeyli möhkəmləndirilmişdir.
Abşeron rayonunda bioloji laboratoriyanın və Xaçmaz rayonlararası bitkilərin karantini məntəqəsinin yeni inzibati binaları tikilib istifadəyə verilmiş, Cəngi pestisidlər poliqonunda təmir-tikinti və rekonstruksiya işləri başa çatdırılmış, Xidmətin inzibati binası əsaslı təmir edilmişdir. İdxal-ixrac əməliyyatlarının səmərəliliyini artırmaq və əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə Şirvan və Yevlax rayonlarında reqional toksikologiya və karantin ekspertizası laboratoriyalarının yaradılması “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na daxil edilmişdir. Gələjəkdə digər bölgələrdə də bu tipli laboratoriyaların tikintisi nəzərdə tutulur.
Nazirlər Kabinetinin 25 yanvar 2011-ji il tarixli Sərənjamına əsasən 2011-ji ildə Gənjə rayonlararası bioloci laboratoriyasının və Biləsuvar rayonlararası Bitkilərin karantini məntəqəsinin tikintisi nəzərdə tutulmuşdur.
Regionlarda toksikoloci və ekspertiza müayinələrini operativ təşkil etmək və ixraj olunan kənd təsərrüfatı bitkilərinə verilən sənədlərin tezləşdirilməsi və bu sahədə torpaq mülkiyyətçilərinə metodiki köməklik göstərilməsi məqsədilə 4 ədəd mobil avtolaboratoriyalar Xidmətin qurumlarının istifadəsinə verilmişdir.
Qeyri – dövlət fitosanitar xidməti subyektlərinin dəstəklənməsi
Azərbaycan Respublikasının “Fitosanitar nəzarəti haqqında” Qanununun tələblərinə uyğun olaraq özəl fitosanitar xidmətin normal fəaliyyətinin təmin olunması məqsədilə bütün şərait yaradılmış, respublikaya pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin idxalı ilə məşğul olan fiziki və hüquqi şəxslər qeydiyyata alınır, firma və şirkətlərin regionlarda topdan və pərakəndə satış mağazaları təşkil edilir.
Azərbaycan Respublikasında aşkar edilmiş, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən, karantin tətbiq edilə bilən zərərli orqanizmlərin siyahısı müəyyən edilir. Karantin zərəli orqanizmlər haqqında albomlar, stendlər hazırlanaraq müvafiq qurumların və torpaq mülkiyyətçilərinin istifadəsinə verilir.
Ekoloji cəhətdən təmiz məhsul yetişdirmək məqsədilə xəstəlik, zərərverici orqanizm və alaq otlarına qarşı bioloji, aqrotexniki, fiziki-mexaniki mübarizə tədbirlərinin tətbiqinə geniş yer verilməsi məqsədilə tövsiyələr hazırlanır.
Yüksək toksikliyə malik və tərkibində ağır metal olan pestisidlərin idxalını və tətbiq edilməsini məhdudlaşdırmaq məqsədilə fiziki və hüquqi şəxslərə tövsiyələr verilir.
Mülkiyyət formasından asılı olmayaraq fəaliyyətləri pestisidlərin istehsalı, satışı, idxalı, saxlanılması və tətbiqi ilə bağlı olan müəssisələrdə mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada işlərin təşkilinə köməklik göstərilir və nəzarət edilir.
Respublika Bitki Mühafizə Mərkəzi
1934-cü ildən Kənd Təsərrüfatı Nazirliyi nəzdində “Bitki ziyanvericilərinə qarşı mübarizə” şöbəsi kimi yaradılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 1961-ci 6 yanvar tarixli qərarına əsasən Kənd Təsərrüfatı Nazirliyi yanında həmin şöbənin bazasında Respublika Bitki Mühafizə Stansiyası təşkil edilmiş və 1979-cu ilə kimi Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərmişdir. Sonradan stansiya Azərbaycan Respublikası Nazirlər Sovetinin 02 noyabr 1979-cu il tarixli qərarına əsasən yaradılan “Azərkəndkimya” Elm İstehsalat Birliyinin strukturuna daxil edilmişdir. “Azərkəndkimya” birliyi ləğv olunduqdan sonra 1998-ci ildə Respublika bitki mühafizəsi stansiyası yenidən Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil edilmişdir. 23 oktyabr 2004-cü ildən isə Respublika bitki mühafizə stansiyası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin strukturuna daxil olmuşdur.
Kənd Təsərrüfatı Nazirliyinin 2006-cı il 03 tarixli əmrinə əsasən Respublika Bitki Mühafizə Stansiyasının adı struktur dəyişikliyi edilərək Respublika Bitki mühafizə mərkəzi adlandırılmışdır.
Respublika Bitki mühafizə mərkəzi tərəfindən “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fiziki və hüquqi şəxslərin bitki mühafizə qaydalarından istifadə etməyə metodik köməklik göstərilir və nəzarət edilir. Eyni zamanda, karantin və xüsusi təhlükəli zərərli orqanizmlərin yayılma arealı, sirayətlənmə dərəcəsi müəyyənləşdirilir, proqnoz hesabatlar hazırlanır, onların geniş arealda yayılmasının qarşısının alınması üçün mübarizə tədbirləri həyata keçirilir. Mərkəzin tabeliyində 57 rayon bitki mühafizə mərkəzi fəaliyyət göstərir.
Respublika Bitkilərin karantin ekspertiza laboratoriyası
1934-cü ildə Bitki Karantini üzrə Dövlət Müfəttişliyinin nəzdində yaradılmışdır.
Iaboratoriya tərəfindən idxal və ixrac edilən materiallardan götürülmüş nümunələrin fitosanitariya nöqteyi – nəzərindən müayinəsi və şəhadətnamələrin verilməsi işi təşkil edilir, aşkar edilmiş zərərli orqanizmlərin və karantin tətbiq edilən zərərli orqanizmlərin identifikasiyası, Xidmətin yerli qurumları tərəfindən aparılan fitosanitar müşahidələrə, baxış və ekspertizalara metodiki rəhbərlik edilir, karantin baxışı, laboratoriya ekspertizası və müayinəsi üçün yeni metodların işlənib hazırlanması və mövcud olanların təkmilləşdirilməsi həyata keçirilir.
Laboratoriya tərəfindən həmçinin karantin tətbiq edilən zərərli orqanizmlərin fitosanitar riskinin analizi, riskin idarəedilməsi və məhdudlaşdırılması, Respublikaya idxal olunan və respublikadan ixrac olunan bitki mənşəli və karantin nəzarətində olan materialların müxtəlif üsullarla (xüsusi aqreqatlarla təmizləmə, temperatur rejimi, emal və təkrar emal, götürmə, məhv etmə və s.) zərərsizləşdirilməsi, o cümlədən idxal olunan karantin nəzarətində olan materiallarda karantin tətbiq edilən zərərli orqanizmlər aşkar olunduqda onların fitosanitar nəzarəti məntəqələrində və ya yükün təyinat yerlərində zərərsizləşdirilməsi (fumiqasiyası) və fumiqasiya aktlarının verilməsi işləri yerinə yetirilir.
Laboratoriyada nizamlanan və karantin tətbiq edilən zərərli orqanizmləri aşkar etmək məqsədi ilə entomoloji, fitopatoloji, virusoloji, bakterioloji, fitohelmintoloji və herboloji təhlillər aparılır.
Fitosanitar ekspertizaların nəticələrinə müvafiq olaraq zərərsizləşdirmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı bu sahədə çevik struktur dəyişikliklərinin aparılmasını təmin etmək məqsədilə Xidmətin İstehsalat – Texnoloji və Zərərsizləşdirmə (Fumiqasiya) mərkəzi ləğv edilərək Respublika Bitkilərin Karantin Ekspertizası laboratoriyasına birləşdirilmiş və laboratoriyanın tərkibində Zərərsizləşdirmə (fumiqasiya) dəstəsi yaradılmışdır.
Respublika Nəzarət – toksikologiya laboratoriyası
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 23 fevral 1974-cü il tarixdə yaradılmışdır.
Respublika Nəzarət-toksikologiya laboratoriyası tərəfindən respublikaya idxal olunan və respublikada istehsal olunan bitki mühafizə vasitələrinin keyfiyyət göstəricilərinin yoxlanılması həyata keçirilir və onların keyfiyyətinə nəzarət edilir.
Vaxtı keçmiş pestisidlərin təsiredici maddəsinin miqdarı təyin edilir, onların istifadə qaydaları haqqında fermerlərə müvafiq tövsiyələr verilir.
Kənd təsərrüfatı, şərabçılıq və ərzaq məhsullarında, yemlərdə, torpaqda və suda pestisidlərin, nitratın, nitritin və digər zəhərli maddələrin qalıq miqdarı laboratoriyada təyin edilir.
Laboratoriyada mövcud olan müasir cihaz və aparatlar vasitəsilə bazarlarda, küçələrdə yerləşən köşk və satış mağazalarında, sahələrdə yetişdirilən kənd təsərrüfatı bitkilərində nitrat və nitritin miqdarı, həmçinin bütün növ meyvə şirələrində, kompotlarda, mürəbbələrdə, qatılaşdırılmış şirələrdə quru maddə hesabında kütlə miqdarı təyin edilir.
Laboratoriyada eyni zamanda, respublikamıza idxal olunan və respublikamızdan ixrac olunan qida, kənd təsərrüfatı, şərabçılıq və s. məhsullarında aşağıda qeyd olunan göstəricilər təyin edilir.
- Yaponiyanın Şimadzu firmasının istehsalı olan CG-2010 markalı kompüter qaz xromatoqrafı və Rusiyanın istehsalı olan fotokalorimetr cihazı vasitəsilə pestisidlərin suda, torpaqda, qida, kənd təsərrüfatı və şərabçılıq məhsullarında kimyəvi qalıq miqdarı və həmçinin pestisidlərin keyfiyyət göstəriciləri;
-Almaniyanın “Biofarm” firmasının istehsalı olan “Biotek-Elx-808” cihazı vasitəsilə fındıq, qoz ləpəsi, taxıl, düyü, un və un məmulatları, soya bitkiləri və s. məhsullarda mikotoksinlərin miqdarı və həmçinin müxtəlif xəstəliklər;
-Kompleks spektrometr qamma plyus aparatı vasitəsilə bütün növ kənd təsərrüfatı, qida və şərabçılıq məhsullarında, şirələrdə, kompotlarda, mürəbbələrdə, qatılaşdırılmış şirələrdə və s. radionuklidlərin miqdarı;
-Rusiyanın və Yaponiyanın istehsalı olan refraktometrlər vasitəsilə şirələrdə, kompotlarda, mürəbbələrdə, qatılaşdırılmış şirələrdə quru maddə hesabında kütlə miqdarı;
-Almaniyanın istehsalı olan pH-metr və Rusiyanın istehsalı olan ionomer vasitəsilə turşuluq və qələviliyin miqdarını ifadə edən pH;
-Almaniyanın istehsalı olan U-1900 UV/VİS-spektrofotometr aparatı vasitəsilə ağır metalların, üzvi maddələrin və s. miqdarı.
Pestisidlərdə stabilliyi yoxlamaq üçün xüsusi hazırlanmış şüşə cihazdan istifadə edilir.
Eyni zamanda, laboratoriyada dərmanlanmış toxum və çiyidin faizlə miqdarı təyin edilir, fiziki və hüquqi şəxslərə bu barədə məsləhətlər verilir.
Cəngi pestisid poliqonu
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2007-ci il tarixli Qərarına və Kənd Təsərrüfatı Nazirliyinin 20 avqust 2007-ci il tarixli əmrinə əsasən yaradılmışdır.
Poliqonun yaradılmasında məqsəd istifadəyə yararsız və istifadəsi qadağan olunmuş köhnə, yüksək toksiki pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin qalıqlarının, onların birləşmələrinin, qablarının toplanması və poliqona daşınması, zərərsizləşdirilməsi, basdırılması və mühafizəsi tədbirlərinin həyata keçirilməsindən ibarətdir.
Bioloji laboratoriyalar.
Ölkəmizdə də kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı mübarizədə bioloji metoddan daim istifadə edilmişdir.Belə ki, Azərbaycan SSR Nazirlər Sovetinin 25 yanvar 1980-ci il tarixli qərarina əsasən kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı mübarizə aparmaq məqsədilə sənaye üsulu ilə trixoqpammanın artırılması üçün bioloji laboratoriyalar yaradılmış və “Azərkəndkimya” Elm İstehsalat Birliyinin tabeliyində fəaliyyət göstərmişlər. 1996- cı ildə “Azərkəndkimya” Elm İstehsalat Birliyi ləğv edildikdən sonra laboratoriyalar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamına əsasən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti yaradıldıqdan sonra bioloji laboratoriyalar Xidmətin strukturuna daxil edilmişdir.
Bioloji mübarizənin səmərəliliyini yüksəltmək və onların fəaliyyətini əlaqələndirmək (koordinasiya) məqsədilə mövcud olan 16 bioloji laboratoriyalardan 11-i müvafiq rayon bitki mühafizə mərkəzlərinə birləşdirilmiş və 5 yeni rayonlararası bioloji laboratoriyalar yaradılmışdır (Abşeron, Kürdəmir, Lənkəran, Sabirabad, Gəncə).
Abşeron rayonunun Məhəmmədi kəndində beynəlxalq standartlara cavab verən müasir laboratoriya binası tikilib istifadəyə verilmiş, digər laboratoriyalarda təmir işləri aparılmış, 2011-ji ildə isə Gənjə rayonlararası bioloci laboratoriyasının tikintisi nəzərdə tutulmuşdur.