|
|
Taarif
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI TARİF (QİYMƏT) ŞURASININ QƏRARI
Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə» 2005-ci il 26 dekabr tarixli, 341 saylı Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli, 247 saylı qərarı ilə təsdiq edilmiş «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları»na və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli, iclasının protokoluna əsasən qərara alır:
I. Dövlət Fitosanitar Nəzarəti Xidmətinin tabeliyində olan idarə və təşkilatlar tərəfindən göstərilən pullu xidmətlərin aşağıdakı tarifləri təsdiq edilsin: [1]
Sıra №-si |
Xidmətlərin adı |
Ölçü vahidi |
Tariflər (manatla, ƏDV-siz) |
I. |
Karantin nəzarətində olan idxal edilən materiallara fitosanitar karantin baxışının keçirilməsi |
|
|
1. |
Toxum materialları (bütün növlər), dərman bitkiləri |
1 ton |
0,10 |
2. |
Əkin materialları, meyvələr, tərəvəzlər, dənli və dənli paxlalı bitkilər, çay, kofe, kakao, meyvə quruları, ədviyyatlar və digər məhsullar, yemlik və digər texniki yüklər, taralar |
1 ton |
0,03 |
3. |
Şəkər, un və onlardan hazırlanan məmulatlar |
1 ton |
0,01 |
4. |
Bütün növ kəsilmiş güllər, bəzək (dekorativ) və digər bitkilər |
1 ton |
0,03 |
5. |
Meşə materialları |
1 m3 |
0, 01 |
6. |
Əl yükləri kimi və ya müşayiət olunan baqajla gətirilən bitki və bitkiçilik materialları |
100 kq-dan –1 tonadək |
0,10 |
II. |
Bitki və bitki mənşəli məhsulların ticarəti ilə məşğul olan pərakəndə və topdansatış mərkəzlərində fitosanitar karantin tədbirlərinin həyata keçirilməsi |
|
|
1. |
Əkin materialları, meyvələr, tərəvəzlər, dənli və dənli paxlalı bitkilər, çay, kofe, kakao, meyvə quruları, ədviyyatlar və digər məhsullar, yemlik və digər texniki yüklər |
Bir növ
Bir partiya |
0,20 |
2. |
Toxum materialları (bütün növlər) |
Bir növ
Bir partiya |
0,30 |
3. |
Şəkər, un və onlardan hazırlanan məmulatlar, yemlik və digər texniki yüklər |
Bir növ
Bir partiya |
0,10 |
4. |
Bütün növ kəsilmiş güllər, bəzək (dekorativ) və digər bitkilər |
Bir növ
Bir partiya |
1,00 |
5. |
Dərman bitkiləri və meşə materialları |
Bir növ
Bir partiya |
0,05 |
III. |
Karantin nəzarətində olan bitki və bitki mənşəli məhsullardan götürülmüş nümunələrin karantin ekspertiza laboratoriyasında müayinəsi |
|
|
1. |
Toxumlar (bütün növlər) və əkin materialları |
1 nümunə |
0,75 |
2. |
Meyvələr, tərəvəzlər, digər bitkilər və meşə materialları |
1 nümunə |
0,65 |
3. |
Çay, kofe, kakao, meyvə quruları, ədviyyatlar və digər məhsullar, dənli və dənli paxlalı bitkilər, yemlik və digər texniki yüklər, dəri, yun, barama və digərləri |
1 nümunə |
0,60 |
4. |
Bütün növ kəsilmiş güllər, bəzək (dekorativ) və digər bitkilər, torf, torpaq və torpaq süpürüntüləri, boş və dolu anbarlardan, səyyar və kiçik ölçülü kameralardan, saxlanma yerlərindən və ətraf ərazilərdən götürülmüş nümunələrin müayinəsi |
1 nümunə |
0,70 |
5. |
Dərman bitkiləri |
1 nümunə |
0,90 |
IV. |
Bütün növ karantin nəzarətində olan bitki və bitki mənşəli məhsullara fitosanitar karantin xidməti üzrə müvafiq sənədlərin tərtib edilməsi |
|
|
1. |
İdxal karantin icazəsi |
1 icazə |
3,00 |
2. |
Fitosanitar sertifikat |
|
|
2.1. |
Bir poçt göndərişinə |
dəst |
0,20 |
2.2. |
Növündən asılı olmayaraq bir nəqliyyat vasitəsinə |
dəst |
1,00 |
V. |
Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı |
|
|
1. |
Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin verilməsi |
1 sənəd |
50,00 |
|
|
Ölçü vahidi |
Tariflər (manatla) |
Yüksək sirayət-lənmə dərəcəsi |
Orta sirayət-lənmə dərəcəsi |
Zəif sirayət-lənmə dərəcəsi |
VI. |
Karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi |
|
|
|
|
1. |
Əkin (tinglər, soğanaqlar və s.) və toxum materialları (bütün növlər), dərman bitkiləri |
1 ton |
2,00 |
1,00 |
0,10 |
2. |
Bütün növ yemlər, dənli və paxlalı bitkilər |
1 ton |
1,20 |
0,60 |
0,10 |
3. |
Texniki yüklər və digər materiallar (tütün, pambıq, biyan, dəri, yun, barama və s.) |
1 ton |
1,50 |
0,80 |
0,10 |
4. |
Bütün növ kəsilmiş güllər, bəzək (dekorativ) və digər bitkilər, taralar |
1 ton |
1,00 |
0,40 |
0,10 |
5. |
Meşə materialları |
1 mі |
1,00 |
0,50 |
0,10 |
VII. |
Anbarlar, səyyar və kiçik ölçülü kameralar, nəqliyyat vasitələri, saxlanma yerləri, istixanalar, torpaq və ətraf ərazilərin zərərsizləşdirilməsi |
|
|
|
|
1. |
Fumiqantla |
1 mі |
1,00 |
0,03 |
0,01 |
2. |
Aerozol formalı pestisidlə |
1 mі |
0,10 |
0,02 |
0,01 |
3. |
Maye formalı pestisidlə |
1 mі |
0,08 |
0,02 |
0,01 |
4. |
Dezinfeksiya üsulu ilə |
1 mі |
0,10 |
0,05 |
0,01 |
|
|
|
|
|
|
|
|
|
Qeydlər:
1. III bölmədə mikoloji (xəstəliktörədici), entomoloji (zərərverici), herboloji (alaq toxumu), virusoloji, bakterioloji, fitohelmintoloji (nematod), rentgenoskopiya və lüminessensiya laborator müayinə üsullarının növündən asılı olmayaraq hər bir fitosanitar xidməti üzrə vahid tarif tətbiq olunur.
2. Tələb olunan karantin xidmətinin aparılması üçün dəvət olunan mütəxəssisin ezamiyyə xərcləri və karantin nəzarətində olan yüklərin idxal-ixracına icazə sorğusu ilə əlaqədar telefon, teleqraf (rabitə) xərcləri, yük sahibi tərəfindən sənədlərə əsasən əlavə ödənilir.
II. Bu qərar 01 sentyabr 2007-ci il tarixindən qüvvəyə minir və bu xidmətlərə dair əvvəllər qəbul olunmuş tariflər qüvvədən düşmüş hesab edilir.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri
H. BABAYEV
Bakı şəhəri, 25 iyul 2007-ci il
№ 18
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti xidməti, Respublika Nəzarət Toksikologiya laboratoriyası tərəfindən göstərilən pullu xidmətlərin tarifləri barədə
AZƏRBAYCAN RESPUBLİKASI TARİF (QİYMƏT) ŞURASININ QƏRARI
Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» 2005-ci il 26 dekabr tarixli, 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli, 247 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təşkil edilməsi Qaydaları»na və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2006-cı il 29 iyun tarixli iclasının qərarına əsasən:
1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti xidməti, Respublika Nəzarət Toksikologiya laboratoriyası tərəfindən göstərilən pullu xidmətlərin aşağıdakı tarifləri təsdiq edilsin:
№ |
Xidmətin adı |
Ölçü vahidi |
Tariflər, manatla |
1. |
Qaz xromatoqrafı və kalorimetr üsulu ilə pestisidlərin suda, torpaqda, qida, kənd təsərrüfatı və şərabçılıq məhsullarında kimyəvi qalıq miqdarının təyini |
Bir analiz |
9,1 |
2. |
Pestisidlərin keyfiyyət göstəricilərinin təyini |
Bir analiz |
11,3 |
3. |
Kənd təsərrüfatı məhsullarında nitrat və nitritin qalıq miqdarının təyini |
Bir analiz |
1,7 |
4. |
Pestisidlə dərmanlanmış toxum və çiyidin faizlə miqdarının təyini |
Bir analiz |
5,3 |
2. Təsdiq olunmuş tariflər 2006-cı il 01 avqust tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri
H. BABAYEV
Bakı şəhəri, 29 iyun 2006-cı il
№ 12

Keçidlər
|